Təhlil

Orxan Camalın ölümü ilə bağlı yeni xəbər: Bu qətl sifarişi idi?

Mərkəzi Afrikada həlak olmuş jurnalist Orxan Camalın qohumlarına bildiriblər ki, Mərkəzi Afrika Respublikasında onun ölümü haqda Rusiya Federasiyasının konsulu tərəfindən imzalanmış yekun rəy itirilib.  Virtualaz.org-un məlumatına görə, bu barədə mərhumun dostu və həmkarı Maksim Şevçenko öz “feysbuk” səhifəsində yazıb. Onun sözlərinə görə, bu sənəd olmadan O.Camalı dəfn etmək olmaz.

M.Şevçenkonun postuna şərhdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə bir ehtimal irəli sürüb ki, ölüm haqqında yekun rəy onların nəşini gətirən yük təyyarəsində itirilib. “Rusiya 1” telekanalının efirində o, əlavə edib ki, hazırda Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasında həlak olmuş Rusiya jurnalistlərinin tabutları gətirilərkən itirilmiş sənədlərin bərpası ilə məşğuldur.

Xatırladaq, iyulun 31-də Mərkəzi Afrika Respublikasında “Vaqnerin ordusu” kimi tanınan özəl Rusiya hərbi şirkətinin fəaliyyəti ilə bağlı film çəkən üç rusyalı jurnalist-Azərbaycan əsilli Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko naməlum silahlılar tərəfindən öldürülüblər. Onların meyitləri ötən gecə təyyarə ilə Moskvaya gətirilib.

“Novaya gazeta” öldürülən jurnalistlərlə bağlı yeni məlumatlar yayıb. Rusiyalı jurnalistlər Rusiyanın hərbi şirkətləri və mədənçıxarma müəssisələrinin fəaliyyəti ilə bağlı araşdırma aparırdı.  Onlar “Vaqner” özəl hərbi şirkətinin fəaliyyətini araşdırırdı.  Bir çox mənbələrdən alınan məlumatlara görə Moskvanın “Afrika layihəsinin” arxasında Sankt Peterburq milyarderi Yevgeny Prigojin durur. Onun adını Olginodakı “troll fabrikinin” maliyyələşdirilməsi ilə bağlayırlar. O həm də Vagner özəl hərbi şirkətinin sahibidir.

Jurnalistlər Afrikaya gedəndən az sonra yerli sakinlərlə mübahisə ediblər. MAR-ın “Ndeke Luka” radiosunun məlumatına görə, jurnalistlər Banqi şəhərindəki oteldə müəllim kimi qeydiyyatdan keçiblər. Bir gün sonra onlar otelin qarşısında çəkiliş aparıblar. Tacirlər çəkilişə etiraz ediblər və polis çağırıblar. Polis onları sorğu-sual edəndən sonra sərbəst buraxıb.

Daha çox göstər
Back to top button