Təhlil

Azərbaycanlı yeniyetmələr ilkin dini bilikləri internet resurslarından alırlar

“Azərbaycanlı yeniyetmə və gənclərin ilkin dini bilikləri internet resurslarından, cəmiyyətdəki təsadüfi şəxslərdən və ya dinlə bağlı lazımi qədər məlumata malik olmayan valideynlərindən alması məqsədəuyğun hesab edilmir”.  Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, bu sadalanan “mənbələr” yetərli dini biliklərə və ortaq dini düşüncəyə malik olmadıqları üçün gənclərin dini dünyagörüşünün formalaşması işi onlara etibar edilə bilməz:  “Odur ki, vətəndaşlarımıza hələ yeniyetmə dövründə eyni mənbədən, fərqli izahlara yol açılmadan ilkin dini biliklər verilməlidir.

Komitə sədri deyib ki, hazırda Azərbaycan məktəblərində tədris olunan “Həyat bilgisi” fənni tələbi tam ödəyə bilmir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button