M.Hüseynov: Mənim üçün sual altındadır, anam necə oldu ki, birdən-birə dünyasını dəyişdi?

“Mənim üçün fəxr günüdür, anam dünyasını qəhrəmancasına dəyişib”.
Turanın xəbərinə görə, avqustun 6-da anasının vəfat etməsinə görə, həbsxanadan müvəqqəti evə buraxılan bloqqer Mehman Hüseynov belə deyib.
M.Hüseynov anası ilə sonuncu dəfə bir ay əvvəl həbxanada görüşə bildiyini qeyd edib.
“1 ay əvvəl anası ilə cəzaçəkmə müəssisəsində görüşmüşdük. Görürdüm ki, durumu yaxşı deyil. Ancaq məndən gizlətməyə çalışırdı. Hər ikinci gün mənim yanıma gəlirdi. Həftənin birici günü bir az nasaz olmuşdu, həkimlər xəstəxanaya yerləşdirilməsini istəmişdi. Ancaq anam imtina etmişdi ki, ikinci gün oğlumun yanına getməliyəm. Xəstəxanada reanimasiyaya yerləşdirilmişdi, deyə, telefonla da danışa bilməmişdim”, M.Hüseynov bildirib.
O, anasının ölümü ilə bağlı onu sıxan sualların olduğunu ifadə dib.
“Mənim üçün sual altındadır, anam necə oldu ki, birdən-birə dünyasını dəyişdi? Səhhəti yaxşılığa dogru gedirdisə, birdən birə necə oldu ki, bu baş verdi? Bütün bunlar mənim üçün sualdır, araşdırmaq lazımdır. Bir şey mənim üçün dəqiqdir, valideynlərlə məni sıxmaq, sındırmaq mümkün olan şey deyil. Mən dəmir kimi adamam”.
Bloqqer anası xəstəxanada olarkən müvəqqəti evə buraxılmamasını da yada salıb.