İctimaiyyət

Tale Heydərovun Britaniyadakı lobbiçilik təşkilatı bağlanıb

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Britaniyada təsis etdiyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) bağlanıb, şirkətin direktoru BBC News Azərbaycancaya deyib.

2013-cü il mayın 31-də təşkilatın direktorları Tale Heydərov və onun kiçik qardaşı Nicat Heydərov, TEAS-ın direktor vəzifəsindən çəkilərək, onu Lionel Zetter-ə ötürüblər.

Həmçinin TEAS şirkətin 15 Queen Anne’s Gate ünvanında yerləşən baş ofisinin binası da artıq satışdadır.

Qeyd edək ki, Britaniyadan başqa, şirkət həmçinin Azərbaycan, Fransa, Almaniya, Belçika və Türkiyədə də fəaliyyət göstərib.

Daha çox göstər
Back to top button