Ekonomika
Azərbaycanda 6 bağlanmış bankın əmlakı satışa çıxarılır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC, “Texnika Bank”, “Atra Bank”, “Kredo Bank”, “Bank of Azerbaijan” və “Royal Bank” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarır.
“Report” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, 20 lot üzrə əmlak 1-ci dəfə, 9 lot üzrə əmlak isə 4-cü dəfə hərraca çıxarılır.