İdman
Yeniyetmələrin Olimpiya oyunlarında Ermənistanı bir güləşçi təmsil edəcək

Ermənistanı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləş idman növündə bir iştirakçı təmsil edəcək. İştirakçı yunan-roma növü üzrə 60kg çəki dərəcəsində güləşçi Sahak Hovhannisyandır. Jurnalistlər ilə söhbət zamanı bu barədə Güləş üzrə Ermənistan federasiyasının baş məşqçisi Arayik Bağdadyan deyib.
Üçüncü Yeniyetmələrin Yay Olimpiya Oyunları Argentina paytaxtı Buenos-Ayres-də keçiriləcək. Yarış oktyabrın 6-da başlanacaq və oktyabrın 18-də başa çatacaq. Gənclər oyunlarında təxminən 4000 insan iştirak edəcək və 32 idman növlərində yarışacaq. Oyunların açılış və bağlanış mərasimləri Buenos-Ayres-də keçiriləcək.