Siyasət

Məhkəmə daha bir saytın bağlanmasına qərar verdi

Səbail rayon Məhkəməsi az24saat.org xəbər saytının bloklanmasına qərar verib. Qərarı bu gün, avqusun 7-də Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında qəbul edib.

Bu haqda saytın rıhbəri Vuqar Qurdqanlı məlumat verib.

O və vəkilləri məhkəmədən xahiş ediblər ki, nazirliyin müraciəti ilə daha detallı tanış olmalarına imkan yaradılsın. Ancaq məhkəmə prosesin başqa vaxta ertələnməsinə razı olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmədə iştirak edən nümayəndələri sözügedən saytın böhtan məzmunlu, qərəzli yazılar yadığını bildiriblər. Söhbət “Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər” və “Mətbuat Şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi” başlıqlı yazılardan gedir. Bundan başqa “İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ Həsənovdur?” və “APA-nı kim, niyə bağladı?” sərlövhəli məqlələrin də böhtan məzmunlu olduğu bildirilib.

Nazirlik nümayəndələri həmin yazıların saytdan çıxarılması üçün sayt rəhbərliyinə xəbərdalrıq edildiyini, ancaq xəbərdarlığa əməl edilmədiyini qeyd ediblər. Onlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununa əsaslanaraq, sayta girişin məhdudlaşdırılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş ediblər.

Məhkəmə yekunda az24saat.org xəbər saytına müraciətin məhdudlaşdırılmasına qərar verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi Xidməti “arqument.az” saytına xəbərdarlıq məktubu göndərib. Məktubda iki yazının saytdan çıxarılması tələb olunur. Bu barədə Turan-a saytın rəhbəri Şəmşad Aga bildirib.

Onun sözlərinə görə, həmin yazılar Laçın rayonu qaçqınlarının kəskin sosial problemləri ilə bağlıdır. Bunlar “Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər” və “Rayon sakinləri: “İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır” sərlövhəli məqalələrdir.

Məktubu Mərkəzin direktoru Faiq Fərmanov imzalayıb. Məktubda bildirilir ki, yazılar silinmədiyi halda məhkəməyə müraciət ediləcək. Redaktorun sözlərinə görə, redaksiya məktubu siyasi sifariş və söz azadlığına basqı kimi dəyərləndirir.

Daha çox göstər
Back to top button