İctimaiyyət
Azərbaycanlı kişilər ən çox rus qadınları, Azərbaycanlı qızlar isə ən çox Türkiyə vətəndaşları ilə ailə həyatı qururlar

Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki,2018-ci ildə Azərbaycanda 62 900 nikah qeydə alınıb.
Onlardan 2360-ı Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında bağlanıb. Belə ki, 2018-ci il ərzində azərbaycanlı kişilər özlərinə həyat yoldaşı seçərkən əcnəbi qismində daha çox rus qadınlarına üstünlük veriblər – 628 nikah.
Azərbaycanlı qızlar isə bu il kişilərdən fərqli olaraq, daha çox Türkiyə vətəndaşları ilə ailə həyatı qurublar – 341 nikah. Azərbaycanlı kişilər ruslardan sonra Gürcüstan (247) və Ukraynadan (84) olan qızlara üstünlük veriblər.
Bizim qadınlar isə türk kişilərdən sonra Rusiya (316) və Gürcüstan (205) vətəndaşları ilə nikah bağlayıblar.