İctimaiyyət

“Günahsızları həbsdə saxlayıb, adam öldürənləri buraxırlar”: Əhsən Nuruzadənin anası

Avqustun 8-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyilə “Müsəlman Birliyi” Hərəkatının fəalı Əhsən Nuruzadənin şikayətinə baxılıb. Narkotik ittihamıyla həbs olunub, 7 il azadlıqdan məhrum edilən Ə.Nuruzadə təqsirsiz olduğunu, ictimai-siyasi fəaliyyətinə görə şərləndiyini bildirib.

Mirpaşa Hüseynovun sədrliyilə, Həsən Əhmədov və Əflatun Qasımovdan ibarət hakimlər kollegiyası apelyasiya şikayətinin təmin olunmadığını elan edib. Qərardan Ali Məhkəməyə şikayət veriləcək.

“Çox ədalətsiz qərardır. Ancaq mən elə bunu gözləyirdim. Mənim oğlum günahsızdır. Bunlar günahsızları həbsdə saxlayıb, adam öldürənləri buraxırlar”, – həbsdə olan dindar fəal Əhsən Nuruzadənin anası Zeynəb Hüseynova avqustun 8-də oğlunun məhkəməsindən sonra jurnalistlərə açıqlamasında bildirib.

 

Daha çox göstər
Back to top button