İctimaiyyət

Məcburi köçkünlər mənzil istəyir, körpələr uşaq bağçası

Nizami rayonu Əli Vəliyev küçəsi 16 ünvanında, təxminən, 20 il əvvəl uşaq bağçası yerləşirdi. Yerləşirdi deyəndə, bağçanın binası indi də yerindədir, ancaq orada məcburi köçkünlər yaşayır.

Bağçada, haradasa, 30-a yaxın köçkün ailəsi yaşayır. Və onlar iddia edirlər ki, bu günə kimi kimsə onların problemləri, qayğıları ilə maraqlanmayıb. Soruşan olmayıb ki, “burada niyə yaşayırsınız, sizə də ev verilməlidir, axı”.

Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər üzrə müdir müavini Bəhman Hüseynov qeyd etdi ki, ” “Həmin ərazidə bizim bağçamız yoxdur. İki bağçamız, demək olar ki, qaçqın və məcburi köçkünlər tərəfindən tam tutulub, fəaliyyət göstərmir”.

Daha çox göstər
Back to top button