Ərəblərin Azərbaycana turizm səfərləri spesifik çalar alır, onların əksəriyyətini seksual əyləncələr maraqlandırır

Turanın xəbərinə görə, polis məlumatlarında və informasiya saytlarında Bakıda gizli fahişəxanalarda “canlı mal” alverinə dair onlarla fakt tapmaq olar.
Rəsmi məlumata görə, 2015-ci ildə trafikinqlə bağlı 128 cinayət qeydə alınıb. 2016-cı ildə insan alverinə dair 160 fakt qeydə alınıb. Son 12 ildə ölkədə insan alverilə bağlı 1078 fakt aşkar edilib. 761 nəfər insan alveri qurbanı müəyyən edilib. 100-dən çox cinayətkar qruplaşma cinayət məsuliyyətinə cəlb edilib.
Rəsmi statistika bu cür cinayətlərin sayının artdığını göstərir. Lakin QHT ekspertəri qeyd edirlər ki, sözügedən rəsmi hesabatlardakı məlumatlar ölkədə insan alverilə bağlı real vəziyyəti əks etdirmir. Xaricə “canlı mal” göndərənlər polisin əlinə keçir, onların barəsində şikayətlər daxil olur, ancaq hər zaman deyil. Çünki bu işlə məşğul olan bəzi qadınlar Türkiyənin şəhərlərinə hansı məqsədlə getdiklərini bilir, bəziləri qayıtdıqdan sonra susmağa üstünlük verir.
Bu gün Bakıda elə mənzillər və onlarla masaj salonu var ki, müştərilərə intim xidmətlər göstərirlər. Yerli mətbuat yazır ki, ərəblərin Azərbaycana turizm səfərləri spesifik çalar alır. Onların əksəriyyətini seksual əyləncələr maraqlandırır. Avqustun 7-də paytaxtın Caspian Business otelində İraqdan olan turist Əmmar Əli Abed Əl Juvor vəfat edib. Təcili yardım həkimlərinin səylərinə baxmayaraq, o, ürək çatışmazlığından ölüb. Məlum olub ki, o, potensiyanı artırmaq üçün tez-tez həb qəbul edirmiş və dərmanları energetik içkilərlə qəbul edirmiş.
Ancaq Bakıdakı əxlaqsızlıq yuvaları, gecə klubları da qızları bizim regionlardan cəlb edir. Bu da insan alveridir, ancaq digər miqyasda. Azərbaycan Hüquq-Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov bildirib ki, sosial problemlər, işsizlik, aşağı əməkhaqqı trafikinqin artmasına səbəb olur.
Kimsə Bakıda qazanır, turstlərə xidmət göstərir, kimisə böyük gəlirlər cəlb edir və Türkiyədəki fahişəxanalara üz tutur. Türkiyədə fahişəlik leqallaşdırılıb. Qanunvericiliyə görə, fahişəliklə məşğul olmaq istəyən hər qadın qerdiyyatdan keçməli və səhhətilə bağlı bilgilərin olduğu identifikasiya kartı almalıdır. Lakin çoxları bu cür qazancı dövlətdən gizlədir.