İctimaiyyət

Azərbaycanda adını və soyadını dəyişdirmək daha asan oldu

Azərbaycan Nazirlər Kabineti adın, ata adının və soyadın dəyişdirilməsi qaydalarında dəyişiklik edib.

Reportun xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarda deyilir ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.

 

Daha çox göstər
Back to top button