Siyasət

Azərbaycanda pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı vəzifəli şəxslər həbs olunub

Cari ildə Azərbaycanda pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı vəzifəli şəxslər həbs olunub. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilib.

Saatlı, Tərtər, İmişli və digər rayonlarda pambıq tarlalarında işləyən şəxslərin kimyəvi zəhərlənməsi faktı üzrə cinayət işi ilə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlər haqqında İşlər üzrə İstintaq İdarəsində hadisənin səbəbləri tam şəkildə araşdırılıb, təqsirli şəxslər dairəsi müəyyən edilib.

Reqlamentin və pestisidlərin dövriyyəyə buraxılması üzrə təlimatın tələblərinin, habelə gübrələrlə iş aparılmasının texniki təhlükəsizlik qaydalarının pozulmasına görə “MKT İK” MMC-nin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və MMC-nin baş aqronomu Gülməmməd Quliyev, MMC-nin İmişli innovasiya filialının direktoru Marif Quliyev və baş aqronomu Surxay Məmmədov, “CTS Agro” MMC-nin Tərtər pambıq istehsalı və tədarükü məntəqəsinin direktoru Fəqani Babışov, baş aqronomu Elxan Quliyev, aqronom köməkçisi Habil Quliyev, habelə Dövlət Fitosanitar Nəzarət Xidmətinin Saatlı rayon Bitkiləri Müdafiə Mərkəzinin rəisi Mirrasim Talıbov, İmişli rayon Bitkiləri Müdafiə Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov və Tərtər rayon Bitkiləri Müdafiə Mərkəzinin rəisi Füzuli Əzimov həbs edilib.

Daha çox göstər
Back to top button