Ekonomika

İrana qarşı sanksiyalardan Azərbaycan nə itirir, nə qazanır?

Xəbər verdiyimiz kimi, ABŞ-ın İrana qarşı genişmiqyaslı sanksiyaları qüvvəyə mindi.

Oxu.az xəbər verir ki, 2017-ci ilin statistikasına əsasən, İran tərəfdən Azərbaycan iqtisadiyyatına ümumilikdə 2 mlrd. 700 mln. ABŞ dolları investisiya yatırılıb. İqtisadiyyatın müxtəlif sahələrində 538 İran investisiyalı şirkət fəaliyyət göstərir. O cümlədən, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 16 faiz artıb.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, son dörd ildə İran-Azərbaycan münasibətləri daha çox inkişaf edib. ABŞ ilə İran münasibətlərinin gərginləşməsi Azərbaycan üçün arzuolunan deyil.

V.Bayramov iki ölkənin bankları arasında əməkdaşlığın dayandırıldığını diqqətə çatdırır: “Bank transferlərinin həyata keçirilməsi mümkün deyil. Güman edilir ki, Azərbaycan və İran şirkətlərinə mərhələli şəkildə əməkdaşlıq etmək maraqlı olmayacaq. Bu sanksiyalar ticari və iqtisadi əlaqələri zəiflədəcək.

Düzdür, Azərbaycanla İran arasında ticarət dövriyyəsi təxminən 300 milyon dollardır. Yəni İranla ticarət dövriyyəmiz elə də böyük deyil. Amma nisbətən marjinal təsirlər gözləniləndir”.

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin ABŞ sanksiyalarından kənarda qalması artıq bir uğurdur:

“İran Azərbaycanın ən yaxın ticari partnyorları arasında yer almır. Lakin İran rialının ucuzlaşması turistlərin gəlişinə təsir edəcək. Onlar üçün Azərbaycan əvvəlki qədər cəlbedici olmayacaq. Eyni zamanda, İrandan idxal artacaq”.

“İran rialına olan təzyiq, bununla paralel Türkiyə və Rusiya valyutalarının ucuzlaşması manata əlavə təzyiq yaradacaq.

Daha çox göstər
Back to top button