İctimaiyyət
Azərbaycanda bir neçə kənd işıqsız qalıb

Qubanın Talabıqışlaq kəndində yüksək gərginlikli (10000 V) elektrik dirəyi qəflətən yanmağa başlayıb.
Bizimyol.info Qafqazinfo.az-a xəbər verir ki, hadisəyə görə bir neçə kənd işıqsız qalıb.
Məsələ ilə bağlı Quba Rayon Elektrik Şəbəkəsinin (REŞ) rəsmisi Kamran Babayev saytımıza açıqlamasında bildirib ki, problemin aradan qaldırılması üçün əraziyə texnika və işçi heyət göndərilib. O, elektrik enerjisinin verilişinin ən qısa zamanda bərpa ediləcəyini söyləyib.