Ekonomika

Aktauda Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı

20 ildən artıqdır ki müzakirə mövzusu olan Xəzər dənizinin hüquqi statusu ilə bağlı sənəd imzalandı (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan). Bu tarixi hadisəyə isə qazaxıstanın Aktau şəhəri ev sahibliyi etdi.

AZƏRTAC xəbər verir ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzaladılar.

Razılaşmaya görə, tərəflər Xəzər Dənizinin səth hissəsini birgə şəkildə istifadə edəcəklər. Dib hissəsi və mineral ehtiyatları qonşu dövlətlərin arasında, beynəlxalq hüquq əsasında razılaşdırılaraq paylaşılacaq.

Dənizçilik, balıqçılıq, elmi tədqiqatlar və magistral boru kəmərlərinin çəkilməsi, tərəflərin razılaşdıracağı qaydalara əsasən həyata keçiriləcək. Geniş dəniz layihələrinin həyata keçirilməsi vəziyyətində mütləq ekoloji faktoru nəzərə alınacaq.

Müqavilə Xəzər Dənizinə sahili olmayan digər ölkələrə hərbi məqsədlər üçün bağlayır.  Müqavilə dəzin altındakı mübahisəli qaz və neft ehtiyatlarının da artıq çıxarılaraq dünya bazarlarına təqdim edilməsi mənasına da gəlir.

Daha çox göstər
Back to top button