İctimaiyyət

Amnesty International həbslərlə bağlı hesabat yayıb

Amnesty International son vaxtlar  Babək Qalası və Savalan Dağı yürüşləri zamanı baş verən həbslər haqqında türk, fars və ingilis dillərində ətraflı hesabat yayıb.

Beynəlxalq insan haqları təşkilatı hazırda nəzarətdə saxlanılan İbrahim Nuri, habelə İranda türklərin haqlarını müdafiə edən digər fəalların “barışıq yolu ifadə, təşkilatlanma və toplanma haqlarından istifadə etdikləri üçün” hədəf alındıqlarını bildirib.

​Qurumun hesabatına görə, keçən həftələr Ərdəbil vilayətlərində təşkil olunan Babək Qalası və Savalan Dağı yürüşləri ilə əlaqədar 120 türk  fəal saxlanılıb.

Daha çox göstər
Back to top button