İctimaiyyət

Azərbaycanda “ağıllı sayğacların” girovları: Azərbaycanda elektrik enerjisinin Hesab-qəbzləri niyə iki dəfə artıb

Turan informasiya agentliyinin bildiridyi görə, sosial şəbəkələrdə Azərbycan vətəndaşları istifadə etmədikləri elektrik enerjisinə görə kütləvi şəkildə pul tutulmasından bəhs ediblər. Hesab-qəbzlərdə göstərilən vəsaitin məbləği hər zaman olduğundan iki dəfə çox göstərilib, halbuki, bəzi bakılılar yayı ya bağda olublar, ya da səfərlərdə.

Yusif Ağayev yazır ki, “Azərişıq” şirkəti vəzifəli vətəndaşların işlətdiyi elektrik enerjisinin pulunu sadə vətəndaşlardan alır.

Telekommunikasiya sahəsində ekspert Osman Gündüz azərbaycanlıların kütləvi problemini öyrənib. Bu sahə üzrə ekspertlərin və ictimai təşkilatların (“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri bildirib ki, şirkət abonentləri aldatmır) susmasına təəssüf edən O.Gündüz öz araşdırmalarının yekunlarını bölüşüb.

“Ağıllı sayğaclar” barədə bütün bilgiləri öyrəndikdən sonra o, qərara gəlib ki, şişirdilmiş məbləğlərin çox olması abonentlərin “Azərişıq”dan aldıqları göstəricilərin dəqiqliyinə şübhə doğurur. “Ağıllı sayğaclar” ya səhv edir, ya da sayğacların qeyri-real göstəriciləri verməsi məqsədyönlü şəkildə təşkil edilib. “Ağıllı sayğaclar” əvvəlkilərdən onunla fərqlənir ki, müasir qurğuların ekranında məlumatlar əks olunur, yaddaş var, gündəlik elektrik enerjisi xərci avtomatik olaraq mərkəzi serverə, yəni, “Azərişıq”a daxil olur. Sistem elə qurulub ki, şirkət elektrik və ya mobil-şəbəkə rabitə kanallarının vasitəsilə “ağıllı sayğaclar”ı dayandıra və idarə edə bilər. Ekspert sosial şəbəkələrdə müzakirə olunan variantı çox riskli hesab edir, belə ki, aldadılan abonentlər istehlakçıların “Azərişıq” tərəfindən məqsədyönlü şəkildə aldadılması və bununla da öz investisiya xərclərini kompensasiya etmək istəməsi barədə fikirlər irəli sürürlər. “Texniki-texnoloji baxımdan bu, mümkündür, ancaq bu yol şirkət üçün çox risklidir, odur ki, ağlabatan görünmür”. O.Gündüz “Azərişıq”dakı və standartların yerinə yetirilməsinin yoxlanması ilə məşğul olan digər dövlət qurumlarındakı “ağıllı sayğaclar”ın, bilinq və digər sistemlərin öyrənilməsini və yoxlanmasını təklif edir. Ancaq bu yolla şübhələrə son qoymaq və xalqın elektrik enerjisi şirkətinin işinə olan etimadını bərpa etmək olar”, – O.Gündüz vurğulayıb

Daha çox göstər
Back to top button