Siyasət
İlham Əliyevin kürəkəni Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilib

Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti Ümumi Yığıncağı keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə İşgüzar Şuranın fəaliyyətinə dair bir sıra təşkilati məsələlər müzakirə edilib, İdarə Heyətinin yeni tərkibi təsdiqlənib və Səməd Qurbanov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilib.
İclasda Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyi, Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğu, qarşılıqlı investisiya qoyuluşlarının və birgə layihələrin həyata keçirildiyi vurğulanıb.