Siyasət

İlqar Məmmədov azadlığa çıxdı

Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsində ReAL Partiyasının lideri İlqar Məmmədovun məhkəməsi olub.

Məhkəmə İlqar Məmmədova iki il sınaq müddəti ilə şərti cəza kəsməklə, məhkəmə zalından azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Amma Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.

Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarları ləğv edilib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Daha çox göstər
Back to top button