Adam qaçqın və məcburi köçkünlərin işiylə bağlı Azərbaycan Dövlət Komitəsinin binasının pəncərəsindən özünü atmağa çalışıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Natiq Nadir oğlu Novruzzadənin işiylə bağlı yeni xırdalıqları elan edib.
Məcburi köçkün Novruzzadə Natiq Nadir oğlu ailə üzvləri ilə birlikdə “Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87” ünvanında yerləşən 1 nömrəli yataqxanada müvəqqəti məskunlaşıb.
Yataqxanada faktiki yaşamadıqları müvafiq dövlət orqanları tərəfindən təsbit edilmiş 27 məcburi köçkün ailəsinə isə həmin vaxt kompensasiya ödənilməyib. Bu ailələr həmin vaxtdan müxtəlif dövlət və hökumət orqanlarına öz problemlərini həll etmək üçün müraciətlər edirlər.
Avqustun 13-də də komitə sədri Rövşən Rzayev bu şəxslərlə görüşüb, müraciətlərini dinləyib. Görüş qurtardıqdan sonra Novruzzadə Natiq Nadir oğlu komitənin binasını tərk etməyərək, üçüncü mərtəbədə hay-küy salıb, nalayiq hərəkətlərə əl atdıqdan sonra dəhlizin pəncərəsini sındıraraq, ətrafdakıların diqqətini cəlb etməklə intihara cəhd təəssüratı yaradıb. Komitə sədri dərhal hadisə yerinə gələrək Novruzzadə Natiq Nadir oğlunu sakitləşdirməyə, onu qeyri-qanuni hərəkətlərdən çəkindirməyə çalışıb.