Azərbayxanın xarici dövlət borcu artmaqda davam edir

Azərbaycanın xarici dövlət borcu 9, 642.9 milyon dollar (16,392.9 milyon manat) təşkil edir. Bu borc, aprelin 1-nə olan göstəriciləri əks etdirir. Məlumatı azadliq.org yayıb.
Maliyyə Nazirliyinin məlumatına görə, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 22.0 faiz təşkil edib. 2018-ci ilə 74,646.90 milyon manat ÜDM hesablanıb.
Nazirlik xarici dövlət borcuna hökumətin birbaşa öhdəliklərinin və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklərin daxil edildiyini bildirir.
“Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir”, nazirlik bildirir.
İlin əvvəli ilə müqayisədə Azərbaycanın xarici dövlət borcunda artım olub. Yanvarın 1-nə olan göstəricilərdə Azərbaycanın 9,398.3 milyon dollar xarici dövlət borcunun olduğu bildirilirdi.
2017-ci ilin əvvəlində isə bu 6,913.2 milyon ABŞ dolları təşkil etmişdi. Ötən ilin əvvəlindən xarici borcda 3 milyard dollara yaxın artım var.