İctimaiyyət

Bakıda dəyəri 2 mln. dollar olan mənzil satışa çıxarılıb

Bakıda dəyəri 2 mln. dollar olan mənzil satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, yerli daşınmaz əmlak alqı-satqısı saytlarından birində Bakıda kosmik qiymətə – 3 milyon 350 min manata (2 mln. dollar) mənzil elanı yerləşdirilib.

Mənzil İçərişəhərdə, memarlıq üslubunda tikilmiş binalardan birindədir və ümumi sahəsi 620 kv metr təşkil edir.

Bəs başqa ölkələrdə 2 milyon dollara nə almaq olar?

Dünyanın ən bahalı şəhərlərinin “onluğu” (2017-ci ilin məlumatları):

10. Şanxay – 138 kv. metrlik mənzil;

9. Moskva – 129 kv. metr;

8. Paris – 126 kv. metr;

7. Sidney – 123 kv. metr;

6. Nyu-York – 120 kv. metr;

5. Cenevrə – 105 kv. metr;

4. Sinqapur – 99 kv. metr;

3. London – 75 kv. metr;

2. Honkonq – 63 kv. metr;

1. Monako – 45 kv. metr

Daha çox göstər
Back to top button