Siyasət

Ekspert: Yeni vəziyyət Bakı üçün imkan yaradır ki, iranlıların dənizin dibinin bölünməsi üzrə ümumi prinsipləri müəyyən etməsinə nail olsun

Beş Xəzəryanı dövlət – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında 22 ildir davam edən mürəkkəb danışıqlar avqustun 12-də Aktauda fenomenal uğurla başa çatdı. Beş prezident Xəzərin statusuna dair yekun Konvensiyanı imzaladı. Sənəddə dəniz dövlət sərhədləri, ümumi su ərazisi, ekologiya, karbohidrogenlərin hasilatı, balıq ovu haqqında razılığa gəlinib. Bu sənəddə ən əsas olan dəniz sərhədlərinin razılaşdırılmasıdır. Bu haqda Turan İA yazır.

“Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu imzalanmış Konvensiyanı “Xəzərin Konstitusiyası” adlandırır. İran uzun illərdir ki, dəniz ərazisinin bərabər bölünməsinə israr edib. Tehran bu mövqedən çəkilərək yekun sənədə yol açdı. Bundan sonra hər ölkə 15 dəniz mili enində sahil zolağından istifadə edəcək. Azərbaycan və Türkmənistan dənizin dibi ilə Transxəzər boru kəmərini çəkə bilər.

Xəzəryanı ölkələr digər dövlətlərin öz hərbi gəmilərini Xəzərə çıxarmasına icazə verməmək barədə öhdəlik götürüblər. Xəzəryanı ölkələrin hərbi əməkdaşlığı isə daimi əsaslarla olacaq. Bu bəndlər İran və Rusiyanın maraqları üçün vacibdir, çünki bu ölkələr NATO və ABŞ-ın Azərbaycan və Qazaxıstan vasitəsilə Xəzərə çıxmasına əngəl olacaqlar.

İndiyədək Bakı və Astana ABŞ və NATO ilə dəniz əməkdaşlığı ilə məhdudlaşıb. Bu əməkdaşlıq Xəzərdə NATO gəmilərinin və logistik sxemlərin olmasında özünü göstərib. Bu, Tehran və Moskvanı qorxudurdu, Konvensiyaya bu maddənin daxil edilməsinə təkidləri də buradan irəli gəlir.

E.Şahinoğlu Konvensiyadakı əsas çatışmazlığı qeyd edir: hövzənin dibi barədə fikir ayrılığını müəyyən etmədi. Xəzərin dibi müvafiq sənədlər imzalanmaqla beynəlxalq qanuna əsasən bölünməlidir. Xəzərin dibinin müəyyən edilməsi Azərbaycanın bu regionda ən böyük problemidir. Bakı Rusiya və Qazaxıstanla ikitərəfli sazişlər imzalayıb. Ancaq İran və Türkmənistanla sazişlər yoxdur.

E.Şahinoğlu Xəzər məsələsində İranın güzəştə getməsinin səbəbini Amerikanın sanksiyalarının nəticəsində ölkənin mürəkkəb siyasi və iqtisadi vəziyyətilə izah edir. Yeni vəziyyət Bakı üçün imkan yaradır ki, iranlıların dənizin dibinin bölünməsi üzrə ümumi prinsipləri müəyyən etməsinə nail olsun.

Bundan sonra Azərbaycanın Türkmənistanla saziş perspektivi daha real olacaq. Əgər Aşqabad Avropaya qaz nəql etmək niyyətindədirsə Bakı ilə razılaşmalı və Xəzərin dibi ilə boru kəmərinin çəkilişini sürətləndirməlidir. “Kəpəz” (Türkmənistanda “Sərdar” adlanır) mübahisəli yataq isə iki ölkə tərəfindən birgə istismar edilə bilər. Beləliklə, Azərbaycan və Türkmənistan məsələni həll etmiş olur. Azərbaycan-Türkmənistan Transxəzər boru kəməri təkcə bu ölkələrə yox, həm də Türkiyə, Avropa İttifaqı və ABŞ-a lazımdır.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button