İctimaiyyət

Eldar Həsənovun restoranında kütləvi zəhərlənmə

Nərimanov rayonu, Həsən Əliyev prospektində yerləşən “Tonqal” restoranında avqustun 11-də kütləvi zəhərlənmə baş verib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mesajında deyilir ki, ümumilikdə restoranın yeməklərini yeməkdən sonra 13 nəfər zəhərlənib.

İlkin məlumatlara əsasən, iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülən və aidiyyatı üzrə laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar olub.

Bundan əlavə hadisənin baş verdiyi restoranda müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunan və faktla bağlı protokol tərtib edilib.

Qeyd edək ki, Bakıdakı “Tonqal” Azərbaycanın keçmiş Baş prokuroru, Serbiyadakı səfiri Eldar Həsənovun restoranı kimi tanınır.

Daha çox göstər
Back to top button