İctimaiyyət
İ.Məmmədov: “Bu hakimiyyətdən nə desən gözləmək olar”

“Bu, tam qələbə deyil, qisməndir. Bu, respublikaçıların tərəfdarlarının – gənclərin, yaşlıların və Azərbaycandakı bütün fəalların səyləri, mənə göstərdikləri dəstəyin sayəsində mümkün oldu”. Bunu 5,5 il həbs cəzasından sonra bu gün azadlığa çıxan İlqar Məmmədov onu evinin yanında qarşılayan tərəfdarlarına və jurnalistlərə deyib.
O, dəstəyə görə ölkənin demokratik qüvvələrinə, həmçinin beynəlxalq təşkilatlara təşəkkürünü bildirib.
İlqar Məmmədov deyib ki, yaxın vaxtlarda mətbuat konfransı keçirəcək. Ancaq ilk növbədə tibbi müayinədən keçmək istəyir.
“Ona görə yox ki, səhhətimdə problemlər var, sadəcə, hakimiyyətdən hər şey gözləmək olar”, – o deyib.