Ekonomika

Azərbaycanın doqquz rayonunda dövlət büdcəsi hesabına əsassız ödənişlər aşkarlanıb

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsindən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb.

Maliyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, yoxlamalar çərçivəsində doqquz rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara ayrılan vəsaitlərin necə xərclənməsi monitorinq edilib.

Nəzarət tədbirlərinin nəticəsi olaraq 3077,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanaraq, həmin məbləğin 1540,3 min manatının bərpası təmin edilib.

Normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Daha çox göstər
Back to top button