Siyasət

Bakıda aksiya keçirənlər ABŞ-nı Türkiyədə çevrilişə cəhd etməkdə günahlandırıblar

Bakıda Türkiyə səfirliyinin qarşısında Amerikaya qarşı, türk iqtisadiyyatına dəstək aksiyası keçirilib.

“Anadolu” agentliyinin məlumatına görə, aksiyanı Bakı Müharibə Veteranları Şurası və “Osmanlı intibahı” Xalq Hərəkatının üzvləri təşkil ediblər.

Türkiyə və Azərbaycan bayraqları, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsvirini başı üzərində qaldırmış aksiya iştirakçıları ABŞ siyasətini təqid edən və Türkiyə iqtisadiyyatını dəsətkləyən şüarları səsləndiriblər.

Aksiya iştirakçılarından olan Məhərrəm İsmayılov Türkiyənin Rəcəb Tayyib Ərdoğanın prezidentliyi ilə dünyanın ən güclü ölkələrindən birinə çevrildiyini deyib:

“ABŞ, 15 İyul zərbəsini etmək istədi, edə bilmədi. İndi də maliyyə böhranı yaratmaq istəyirlər”.

İştirakçılar həmçinin Türkiyəyə dost ölkələri dollardan imtina etməyə və türk lirəsi ilə hesablaşmalara keçməyə, həmçinin türk mallarını almağa səsləyiblər. Aksiya zamanı etiraz əlaməti olaraq, ABŞ dollarları da yandırılıb.

Daha çox göstər
Back to top button