İctimaiyyət

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə tövsiyələrini açıqladı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı münasibətilə tövsiyələrini açıqlayıb. İdarədən “Report”a verilən məlumatda bildirilir ki, bayram münasibətilə iki gün dövlətimiz tərəfindən qeyri-iş günü elаn edilmişdir.

QMİ heyvan kəsiminin təşkil olunması üçün ən optimal yerləri müəyyən edib. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur

Daha çox göstər
Back to top button