Turan: Küçələri təmizləyən süpürgəçilərə verilən xüsusi geyimlər hardadır?

Bakıda hər ay qəzalar nəticəsində təmizlik işləri aparan şəxslər ölür. Aprel ayında Bakıda süpürgəçilərə xüsusi geyimlər paylanılıb. Bu geyimlərin əsas üstünlüyü üzərində xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub. Lakin bundan sonra da təmizlik işləri aparan xanımların ölüm hadisələri niyə baş verir?
Ölənlərin üstündə köhnə mavi geyimləridir, bəs yeni geyimlər hardadır? Bu sual açıq qalır.
Yaşlı qadınlar 175 manatlıq iş üçün öz həyatlarını təhlükəyə atırlar. Bəzi sürücülər pis hava şəraitinə görə onları görmürlər və gördüyü zaman da artıq yavaşlatmaq üçün vaxt qalmır.
Son ölüm hadisəsindən sonra elə xəbər yayılıb ki, Bakı küçələrini xüsusi texnikalar süpürəcək. Prezident İlham Əliyevin tapşırığı ilə Bakı Şəhər Icra Hakimiyyəti bu məsələnin həlli üzərində çalışır və yaxın vaxtlarda küçələrinin təmizlənməsində insan amili minimuma endiriləcək.