Təhlil

Turan: Saytların bloklanması haqqında qərarın və nazirliyə təzyiqin klerk səviyyəsində qəbul edildiyini göstərir

İyulun 3-də Gəncə meri Elmar Vəliyevə qarşı sui-qəsddən və bunun ardınca baş verən hadisələrdən sonra jurnalistlərin prokurorluğa gətirilməsi intensiv xarakter daşımağa başladı, bu, hakimiyyətin cəmiyyətin bu qeyri-adi hadisələrə sevincli reaksiyasından narahatlığı ilə bağlı idi.

Hüquq-mühafizə orqanlarının bu əməlləri müstəqil ekspertlər tərəfindən təhlil edilib və qanunsuz əməllər kimi təqdim edilib, bu da hakimiyyəti nəzarət funksiyalarını NRYTN-yə keçirməyə vadar edib. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əsasən, NRYTN saytın üzərinə 8 saat ərzində dövlət və ictimai təhlükəsizlik üçün təhdid təşkil edən informasiyanı saytdan çıxarmaq öhdəliyi qoymaq hüququna malikdir. Daha sonra xəbər saytdan çıxarılmasa, Nazirlik onun bloklanması haqqında məhkəməyə müraciət edə bilər, bir sıra saytlarla bağlı da bu edilib.

Amma məhkəmə prosesləri göstərib ki, NRYTN, yumşaq desək, öz səlahiyyətlərini aşaraq, məhkəməyə dövlət təhlükəsizliyinə təhdid haqqında deyil, diffamasiya pozuntusu haqqında dəlillər təqdim edib ki, bu, onun səlahiyyətlərinə və yuxarıda qeyd edilmiş qanunun çərçivəsinə daxil deyil. Öz növbəsində, məhkəmə saytların bloklanması haqqında qanunsuz qərar qəbul edib.

Maraqlıdır ki, ötən il, Prezident Administrasiyasından göstəriş olmasına baxmayaraq, NRYTN diffamasiya pozuntusunda ittiham edilən saytları bloklamayıb, bunu məsələnin onun səlahiyyətinə aid olmaması ilə izah edib. Amma ən az 14 sayt nazirliyin rəsmi qərarı olmadan bloklanıb. Həmin vaxt bloklanmış saytların redaktorları birbaşa Administrasiyadan təzyiq olduğunu qeyd ediblər.

Maraqlıdır ki, bu dəfə nazirlik əvvəlcə saytları prezidentin köməkçisi Əli Həsənovun ünvanına tənqidi məqalələrə görə onları bloklamaqla hədələyib, onları saytdan çıxarmağı tələb edib. Bu, nazirliyin güclü təzyiqə məruz qaldığını və qanunsuz qərarlar qəbul etmək məcburiyyətində qaldığını göstərir. Amma çətin ki, bunu hakimiyyətin birgə qərarı və müəyyən bitkin siyasət adlandırmaq olsun. İlk baxışda belə görünə bilərdi. Bunu Səbail rayon məhkəməsinin 8 avqust tarixli bloklama haqqında qərarının bir neçə saat qüvvədə qalması və hətta apellyasiya məhkəməsinin 9 avqust tarixli qərarı ilə bir sayta qarşı bloklanmanın ləğv edilməsi faktı da sübut edir. Bundan sonra saytlara qarşı bloklama hücumları dayanıb.

Bu vəziyyət saytların bloklanması haqqında qərarın və nazirliyə təzyiqin klerk səviyyəsində qəbul edildiyini göstərir. Bu qərarı qəbul edən şəxsin dövlət başçısının əks mövqeyi ilə üzləşdiyini təxmin etmək olar ki, bu da onun üçün ciddi problemlər yaradar.

Daha çox göstər
Back to top button