İctimaiyyət
Azərbaycanda 2104 magistr yeri boş qalıb

Azərbaycanın Dövlət İmtahan Mərkəzi (DİM) təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb. Məlumatı Turan yayıb.
Bu il magistratura səviyyəsində ali təhsil müəssisələrinə qəbul planı cəmi 74.87% dolub. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriblər. Bu, magistratura səəviyyəsində 2104 plan yerinin boş qalması və ya plana 25.13% əməl edilməsi deməkdir.
“Beləliklə, müsabiqənin nəticələrinə əsasən, bu il 6269 bakalavrdan 5752 nəfər Azərbaycan bölməsi, 517 nəfəri isə rus bölməsi üzrə magistratura səviyyəsinə qəbul olunub.
DİM-in məlumatına görə, onlardan 2250 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.