Təhlil

Media saytların bloklanması təhlükəsi davam edir

Həmrəylik Naminə Komitə Azərbaycanın ictimai həyatının mühüm məsələlərinə həsr olunmuş onlayn konfrans keçirib. Məlumatı Turan yayıb.

Onlayn konfransın gündəliyində media-saytların son bloklanması məsələləri, ReAl hərəkatının lideri İlqar Məmmədovun azad edilməsi fonunda siyasi məhbuslar problemi, gənc fəal Orxan Baxışlının işi, habelə hüquqşünas Aslan İsmayılova təzyiq olub.

Saytların bloklanması faktları haqqında işlə bağlı Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və digər KİV rəhbərləri çıxış ediblər.

Əliyev qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytların bloklanması haqqında qərarlarından əvvəl hakimiyyət uzun müddət iş aparıb. Son iki ildə qanunvericiliyə medianın işini dayandırmaq və azad informasiya məkanını bloklamaq imkanı verən dəyişikliklər edilib.

Son 10 gündə 5 media saytının bloklanması cəhdi olub, amma media ictimaiyyətinin, beynəlxaql strukturların, habelə hakimiyyətin yüksək eşelonlarında bəzi şəxslərin fəal qarşıdurması nəticəsində bu cəhd həyata keçirilməyib. Amma media rəhbərləri hesab edirlər ki, KİV-ə qarşı hücum bərpa olua bilər və buna görə onlar bloklanmalara yol verməmək üçün zəruri addımları atmağı zəruri hesab ediblər.

Daha çox göstər
Back to top button