Ekonomika

Sanksiyalar uzun müddət davam edərsə, Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə təsir göstərə bilər

Bizimyol.info saytında «Sanksiyalar uzun müddət davam edərsə, Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə təsir göstərə bilər» sərlövhəli yazı yer alır.

Yazıda Türkiyənin ABŞ-la münasibətlərinin gərginləşməsinin Azərbaycana mümkün təsirləri deputat Vahid Əhmədovla təhlil edilib.

V.Əhmədov hesab edir ki, ABŞ-la Türkiyə arasında müəyyən gərginlik fonunda lirə ucuzlaşıb. Deputat bununla belə vurğulayıb ki, son günlər lirə dollar qarşısında cüzi bahalaşıb: «Amma bu müvəqqəti haldır, çünki artımı qoruyub saxlamaq üçün kifayət qədər vəsait lazımdır».

V.Əhmədov xatırladıb ki, Azərbaycan Türkiyəyə 20 milyard ABŞ dollarından çox investisiya yatırıb. O vurğulayıb ki, Türkiyə də Azərbaycana investisiya qoyub: ​«Lirənin dollar qarşısında ucuzlaşmasının Azərbaycan-Türkiyə münasibətlərinə hələ ki, təsiri yoxdur. Bu proseslər çox uzun müddət davam eləsə, problem yarana bilər».

Daha çox göstər
Back to top button