Tanınmış jurnalist Səbuhi Məmmədli intihara cəhd edib

Minval.az-ın xəbərinə görə, jurnalist ötən gecə sosial şəbəkədə intihar anonsu verib.
“Bəsdir, bəsdir, bəsdir. Kimin həvəsi varsa, gəlsin. Biləcəri dəmir yolu körpüsünün üstünə. Aşağıda yüksək elekrik naqilləri var. Sizə reailiti şou göstərərəcəm. Şəhərcikdən çıxdım, gəlin. Bəlkə elə yolda başqa şou da oldu. Həyat, sənin var-yoxunu…”
Daha əvvəl jurnalist ölmək istəmədiyini yazmışdı: “Ölmək istəmirəm. Çox qorxuram… Bu nə səhvlərdir, mən buraxdım… Bitsin!”
Yaxınlarının bildirdiyinə görə, Səbuhi Rəhimli təcili tibbi yardımla xəstəxanaya aparılıb. Daha sonra isə Semaşko xəstəxanasının (1 saylı Şəhər Klinik Xəstəxanası) reanimasiya şöbəsinə yerləşdirilib.
S.Məmmədli gənc yaşlarından Azərbaycan mətbuatının parlaq imzalarından biri olub. 525-ci qəzet”in ilk baş redaktoru olan jurnalist, sonradan “Yeni Müsavat”, “Azadlıq” qəzetlərində müxtəlif vəzifələrdə işləyib. O, son bir neçə il “APA Holding”də çalışıb. Burda fəaliyyət göstərdiyi müddətdə dünyanın ən qaynar nöqtələrində reportajları ilə diqqət mərkəzində olub.