Ekonomika

Artur Grigoryan Iranın Enerji nazir müavinin başçılıq etdiyi nümayəndəsini qəbul edib

Ermənistan Respublikasının Enerji infrastruktur və təbii sərvətlər naziri, Ermənistan-İran hökumətlərarası komitesinin həmsədri Artut Grigoryan İran İslam Respublikasının Enerji nazirinin müavini Homayu Haerin başçılıq etdiyi nümayəndəliyini qəbul edib.

Həmsöhbətçilər Ermənistan və İran üçün qarşılıqlı maraq doğuran infrastruktur proqrmalarının prosesi və investisiyalar proqramlarının imkanlarını müzakirə edib. Tərəflər İran-Ermənistan yüksək volt üçüncü elektrik ötürücünün hava xəttinin tikinti prosesinə, xüsusilə podratçı tərəfindən işlərin müvafiq və müəəyyən edilmiş müddətdə həyata keçirilməsinə toxunub.

İran Enerji nazirinin müavini qeyd edib ki, Ermənistanın coğrafi mövqeyi İran, Gürcüstan, Rusiya, eləcə də Körfəz ölkələri arasında enerji proqramların həyata keçirilməsi baxımından olduqca əlverişlidir.

Nazir Grigoryan qeyd edib ki, iqtisadi əməkdaşlığın aktivləşdirilməsi kontekstində Ermənistan-Gürcüstan yüksək volt xəttinin tikintisi də böyük rol oynaya bilər.

Daha çox göstər
Back to top button