İctimaiyyət

Azərbaycan əhalisinin xərcləri 17,0 manat artıb.

2018-ci ilin yanvar-iyul aylarında bir istehlakçının əmtəə və ödənişli xidmətləri üzrə xərci orta hesabla ayda 372,1 manat olub.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumat görə, əhalinin bu yöndə xərcləri  2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,0 manat artıb.

Beləliklə, bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 292,7 manatlıq əmtəə alıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 manat çoxdur.

O ki qaldı xərclərin strukturuna, ölkənin hər bir vətəndaşı aylıq ərzaq məhsulları, içki və tütün məmulatlarının alınmasına 146,1 manat , qeyri-ərzaq məhsullarının alınmasına isə 146,6 manat sərf edib.

Daha çox göstər
Back to top button