İctimaiyyət

Azərbaycan universitetlərinə tələbə qəbulunda böyük kəsir

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə ixtisas seçimi müsabiqəsinin nəticələrini elan edib. DİM-in statistikasından göründüyü kimi, ölkə universitetlərinə tələbə qəbulunda böyük kəsir var. Qəbul imtahanlarında ümumilikdə I-V ixtisas qrupları üzrə 74 min oğlan və qız iştirak edib, onların 44772-si ixtisas seçimi mərhələsinə keçib. Müsabiqə seçimindən 39906 abituriyent keçərək universitetlərdə təhsil almaq hüququ əldə edib. Onların 11963 nəfəri dövlət sifarişi üzrə yerlərə, 27943-ü ödənişli yerlərə qəbul olunub. Məlumatı Turan İA yayıb.

Ali məktəblərə qəbul planı cəmi 88,3% yerinə yetirilib. Əvvəlki illərdə bu rəqəmin 90%-dən yuxarı olduğunu nəzərə alsaq, kifayət qədər aşağı göstəricidir. Ölkənin ali təhsil müəssisələrində ayrılmış 45159 plan yerindən 5000-dən çox boş qalıb. Bunlar əsasən ödənişli yerlərə və regional ali məktəblərə aiddir. Bu zaman, əvvəlki illərin təcrübəsindən göründüyü kimi, yüksək təhsil haqqı ilə əlaqədar aztəminatlı tələbələrin ali məktəblərdə təhsildən imtina etməsi faktını da nəzərə almaq lazımdır. Məsələn, ötən il Azərbaycan Tibb Universitetində “Müalicə” ixtisası üzrə təhsil haqqı 3500 manatdan 4500 manata qədər artırılıb. “ADA” universitetinin bakalavr pilləsində bir illik təhsil haqqı artıq 6500 manat təşkil edir. Orta statistik Azərbaycan ailəsi üçün bu, ödənilməsi mümkün olmayan məbləğdir. Paytaxtın digər ali məktəbləri də yeni təhsil haqqı tarifləri müəyyən ediblər.

Eksperti Nadir İsrafilov Modern.az-a açıqlamasında deyib ki, Azərbaycan təhsilində kəmiyyət artır, keyfiyyət azalır: «Müvafiq balı toplaya bilməyənlərə ikinci şans verilir. Dolayısı yolla da olsa, çoxlarına aydındır ki, ali məktəblərə mövcud qəbul mexanizmi keyfiyyətə deyil, kəmiyyətə hesablanıb. Keyfiyyətsiz kəmiyyət bizə lazım deyil, bu, necə deyərlər aysberqin görünməyən tərəfidir».

Onun fikrincə, bu heç də təhsilin hamıya əlçatan olması yox, «get pulunu ver, oxu» deməkdir

Daha çox göstər
Back to top button