İctimaiyyət

Ekspert: Azərbaycanda boşanmaların sayının artmasına səbəb artıq ailədə dəyərlər sisteminin çat verməsidir

Boşanmaların sayının artmasına səbəb artıq ailədə dəyərlər sisteminin çat verməsidir.

Bunu Oxu.Az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, boşanmaların səbəbləri çoxdur:

“İlk növbədə odur ki, bəzi insanlar ailəni köhnə qayda ilə idarə edirlər. Təbii ki, bununla razılaşmayanlar olur və münasibətlərdə problem yaranır. Nəticədə isə cütlüklər boşanır. Eyni zamanda, erkən nikah qurmağa məcbur edilənlər, yaşı keçdiyinə görə məcburi ərə verilənlər, işsizlik, xəyanət də rol oynayır. Elə qadınlar var ki, öz azadlıqlarının zorla məhdudalaşdırılmasını istəmirlər”.

Mehriban Zeynalova bidirib ki, boşanmaların qarşısını almaq mümkün deyil: “Dəyərlər sistemi çat verib. Hansısa formada boşanmaların qarşısını almaq mümkün deyil. Proses özü tənzimlənəcək. Şüurlu ailə qurma prosesi olana kimi bü cür davam edəcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov bildirib ki, hazırda Azrbaycanda ən böyük problem milli-mənəvi dəyərlərin aşınmasıdır.  O bildirib ki, son 10 ildə boşanmaların sayı 70-80 faizə qədər artıb:

Qeyd edək ki, 2018-ci ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 27525 nikah, 7219 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Daha çox göstər
Back to top button