Beynəlxalq

Fransa səfirliyi İlqar Məmmədovla bağlı bəyanat verdi

İlqar Məmmədovun azad olunması ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanat yayıb.

Bizimyol.info-nun verdiyi məlumata görə, bəyanətdə bildirilir ki, Fransa avqustun 13-də Azərbaycanda müxalifətin siyasi xadimi İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayır:

“Beynəlxalq ictimaiyyət tərəfindən gözlənilən bu qərar, bizim Azərbaycan rəhbərliyi ilə əlaqələrimizdə fəal sürətdə dəstəklədiyimiz istəkdir.

Fransa Avropa Şurasının üzvü olan dövlətlər tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam şəkildə yerinə yetirilməsinə tərəfdardır”.

İ.Məmmədov 5 il həbs cəzasından sonra azad edilib. O 2013-cü ilin yanvarında İsmayıllıda etiraz aksiyalarının təşkili ittihamı ilə mühakimə olunmuşdu.

Strasburq məhkəməsi İ.Məmmədovun həbsinin və azadlıqdan məhrum edilməsinin qanunsuz olması barədə iki qərar qəbul edib. Lakin Apellyasiya Məhkəməsi qalan 1,5 il həbs cəzasını 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəzləyib.

Daha çox göstər
Back to top button