İctimaiyyət

Azərbaycanda pambıqçıların zəhərlənməsi işində tutulanların buraxıldığı deyilir

Avqustun 17-də Saatlı Rayon Məhkəməsində pambıq tarlasında çalışan işçilərin kimyəvi zəhərlənməsi faktı üzrə açılmış cinayət işinin məhkəmə istintaqının başlandığı bildirilir.

Məhkəmənin müdafiə tərəfin “həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi” barədə təqdim etdiyi vəsatətə baxıb və onu təmin edildiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna iş üzrə zərərçəkmiş kimi tanınan şəxslərdən biri məlumat verib. Onun sözlərinə görə, təqribən yarım saat davam edən qapalı prosesdən sonra iş üzrə təqsirləndirilənlər buraxılıb:

“ Söhbət MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov, baş aqronomu Gülməmməd Küçiyev və Saatlı rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Mirasim Talıbovdan gedir”, deyə bildiriblər.
Ancaq bu deyilənləri, hələlik, Satlı Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.
Adları çəkilən şəxslərə ilkin olaraq Cinayət Məcəlləsinin 222.1-ci ( təhlükəsizlik qaydalarını insanların həyat və sağlamlığı üçün real təhlükə yaradan həddə pozma) maddəsi üzrə ittiham irəli sürüldüyü bildirilir. Amma ibtidai istntaq aparıldığı dövrdə onların həmçinin Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ( vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə də itttiham verildiyi deyilir.

Bu yaxınlarda Baş Prokurorluq Saatlı, Tərtər, İmişli və başqa rayonlarda pambıqçıların zəhərlənməsinə görə açılmış cinayət işləri üzrə materialların məhkəməyə göndərildiyini açıqlamışdı. Həmin məlumata ümumilikdə 10 şəxsin həbs olunduğu bildirilirdi. Qalan şəxslər haqqında da işin aidiyyatı üzrə yerli məhkəmələrə göndərildiyi bildirilir.

Daha çox göstər
Back to top button