
Erməni şahmatının lideri Dünya Kubokunun qalibi Levon Aronyan Sent Luis yarışlarında çıxışlarını davam etməkdədir. Levon Aronyanın rəqibi “Sincfild” Kubokunun üçüncü turunda hazırkı dünya çempionu Magnus Karlsen olub. Oyunun 37-ci dəqiqəsində qroysmaysterlər heç-heçə ilə razılaşdılar. Bu turdan sonra Aronyan, Qrişçuk, Karlsen və Məmmədyarov 3-dən 2 bal toplayaraq 1-4 yerləri tutdular. Sent Luis turniri 9 turdan ibarətdir və avqustun 28-də başa çatacaq