ADR Hərəkatı Angela Merkelə müraciət qəbul edib

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı avqustun 22-dən 25-dək Cənubi Qafqaz ölkələrində səfərdə olacaq Almaniya kansleri Angela Merkelə müraciət qəbul edib.
ADR Hərəkatı xanım Merkeldən xahiş edir ki, demokratiyanın inkişafı üçün vacib olan institutların, müxalif siyasi partiyaların, vətəndaş cəmiyyətinin və mətbuatın azad fəaliyyəti üçün mühit yaradılmasının vacibliyini, azad sahibkarlığın inkişafı üçün siyasi və iqtisadi islahatların aparılması zəruriliyini Azərbaycan hakimiyyətinin diqqətinə çatdırsın.
“Xahiş edirik ki, Azərbaycanda fundamental hüquq və azadlıqların təminatı, siyası motivlərlə həbs olunmuş jurnalistlərin, bloqerlərin, vətəndaş cəmiyyəti və siyasi partiya fəallarının azad olunması üçün təşəbbüs göstərəsiniz”, ADR Hərəkatının müraciətində qeyd edilir.
Almaniya kansleri Angela Merkel avqustun 25-də Azərbaycanda səfərdə olacaq.