KİV-lər: Belarus Azərbaycana 500 dollara silah satıb

Açıq məlumatlara əsasən, təkcə 2002-dən 2012-ci ilə qədər olan dövrdə Minsk Azərbaycan hərbçilərinə 153 ədəd T-72 tankı, 120 ədəd 122 millimetr kalibrli D-30 yedəklənən artilleriya sistemi, 12 ədəd 203 millimetr kalibrə malik özüyeriyən “Pion” 2S7 artilleriya qurğusu, 60 ədəd təkərli zirehli maşın (BTR-70) və 11 ədəd Su-25 qırıcısı satıb.
Bu əsnada iki ölkənin hərbi münasibətləri sadəcə sovet texnikasının alınması ilə də məhdudlaşmayıb. Belarusun Müdafiə Kompleksinin (BMK) müəssisələri Azərbaycan silahlanmasında olan və hələ Sovet vaxtında hazırlanmış ZRK S-125M, “Peçora” və 9K33M3 “Osa-AKM” silahlarını fəal şəkildə müasirləşdiriblər. BMK həmçinin “Buk-MB” ZRK-sını xüsusi olaraq Azərbaycan Ordusu üçün müasirləşdirib.
Belarus tərəfi bu sahədə on il məhsuldar əməkdaşlıq nəticəsində, bəzi məlumatlara görə, toplam olaraq 500 milyon dollardan çox vəsait qazanıb. Amma sonradan nəzərəçarpan enmə başlayıb.