Siyasət

“Bild” İlham Əliyevin pulları ofşorlarda gizlətməsindən yazdı

Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz səfəri çərçivəsində Bakıya gələcəyi bu ölkə mətbuatının Azərbaycana diqqətini artırıb. Bu barədə Alman mətbuatının yazdıqlarında əsasən Azərbaycanda insan hüquq və azadlıqlarının ağır vəziyyətdə olması, ölkədə avtoritarizmin hökm sürdüyü vurğulanır.

Tirajı 2.5 milyondan çox olan “Bild” qəzeti də Merkelin Bakı səfərilə bağlı artıq bir neçə məqalə dərc edib. Avqustun 21-də dərc olunan məqalədə Azərbaycandakı mövcud vəziyyətlə bağlı məşhur araşdırmaçı jurnalist Xədicə İsmayılın fikirlərinə yer verilib.

“Ümid edirəm ki, Merkelin səfəri Azərbaycan üçün faydalı olacaq. Vəziyyət olduqca pisdir. Ölkədə söz azadlığı yoxdur, vətəndaş cəmiyyəti susdurulub, hakimiyyət tam korrupsiyaya uğrayıb, dövlət başçısı ölkədən çıxartdığı pulları ofşorlarda gizlədir…”, – deyə araşdırmaçı jurnalist qəzetə bildirib.

azadliq.info

Daha çox göstər
Back to top button