İdman

Azərbaycanı şahmatçı Şəhriyar üzləşdiyi çətinlikləri etiraf edib

Azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atmış Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə oyunundan sonra verdiyi açıqlama ilə diqqət çəkib.

Azərbaycanı dünyada təmsil edən Şəhriyar üzləşdiyi çətinlikləri etiraf edib:

“Bu gün jurnalist sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım “pul” deməyə. Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı bütün insanların sponsoru var. Amma sabah yenə oyunum var və gərək hazırlaşam. Çox heyf, amma şahmat belə, məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm – bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyf, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam. Onda isə bu söhbətlər sadəcə, mənasız olacaq”.

Daha çox göstər
Back to top button