İctimaiyyət

Rusiya vətəndaşları Azərbaycandan kütləvi şəkildə geri qayıdırlar

Avqustun 24-dən etibarən Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük-sərhəd keçid məntəqəsində fasilələrlə nisbi sıxlıqlar yaranır. Bu haqda Minval.az yazır.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sıxlıqların yaranmasına səbəb Azərbaycana səyahət edən Rusiya vətəndaşlarının ölkələrindəki orta ümumtəhsil məktəblərində dərs prosesinin sentyabrın 1-də başlaması ilə əlaqədar kütləvi şəkildə geri qayıtmasıdır.

Hazırda “Samur” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaranan problemlər qarşı tərəfin əlaqədar qurumları ilə aparılan intensiv danışıqlar nəticəsində qısa zaman kəsiyində aradan qaldırılır.

 

Daha çox göstər
Back to top button