Ekonomika

Azərbaycanda dollarla problemli kreditlərin həcmi artıb

Banklarda xarici valyutada vaxtı keçmiş kreditlərin xüsusi çəkisi artıb.

Mərkəzi Bankdan Oxu.Az-a bildirilib ki, cari ilin iyul ayının 1-nə 4 mlrd. 680,2 mln. manat ekvivalentində xarici valyutada kredit verilib.

Bu kreditlərin 909 mln. manatının – 19,4%-nin vaxtı keçib.

Nəzərə alsaq ki, cari ilin altı ayında xarici valyutada vaxtı keçmiş kreditlər 877,7 milyon manat təşkil edirdi, aylıq müqayisədə bu rəqəm 31,3 milyon manat artıb.

Xatırladaq ki, yanvar-iyun aylarında banklar tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 mlrd. 105 mln 600 min manat təşkil edib.

Daha çox göstər
Back to top button