Siyasət

Armen Grigoryan və Valeri Osipyan döyüş növbətçiliyi yerinə yetirən polis qoşunlarının xidmət prosesiylə tanış olub

Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Grigoryan və polis rəisi Valeri Osipyan Tavuş rayonunda döyüş npövbətçiliyi yerinə yetirən polis qoşunlarının xidmət prosesi, şəraitləri və problemləriylə tanış olub.

“Armenpres”-ə əsasən, bu barədə ER Təhlükəsizlik şurasının katibi Armen Grigoryan öz feysbuk səhifəsində yazıb.

“Avqustun 28-də polis rəisi Valeri Osipyan ilə birlikdə ER baş nazirinin qərarına əsasən günlər əvvəl sərhəddəki müddətli hərbi qulluqçuları əvəz edən, döyüş növbətçiliyi yerinə yetirən polis qoşunlarının xidmət prosesi, şəraitləri və problemləriylə tanış olduq. Hərbi rəhbərliyin müşayiətiylə bölmələrin yerləşdirmə nöqtələrində olduq, şərait və problemlərlə tanış olduq, xidmətlə bağlı bir sıra məsələləri müzakirə etdik”- deyə Grigoryan yazıb.

Daha çox göstər
Back to top button