İctimaiyyət

Moskvada tutulan Eldar Orucov Azərbaycan hakimiyyətinin qatı düşmənidir

Moskva polisinin əməkdaşları paytaxtın mərkəzində, şəhər baş polis idarəsinin düz qarşısında çoxsaylı ağır cinayətlərdə ittiham olunan Azərbaycan vətəndaşını saxlayıblar. Virtualaz.org TASS-a istinadla xəbər verir ki, həmin şəxs o cümlədən terrorçuluqda və hakimiyyəti zorla ələ keçirmək cəhdində ittiham olunur.

Məlum olub ki, bu şəxs Azərbaycan hakimiyyəti tərəfindən seriya ağır cinayətlərə görə axtarılır. Mənbənin bildirdiyinə görə saxlanılan şəxs o cümlədən terrorçuluqda, qanunsuz silah alverində, qətldə, sağlamlığa qəsdən ağır xəsarət yetirməkdə, quldurluqda və hakimiyyəti zorla ələ keçirmək cəhdində ittiham olunur.

“Orucovun barəsində materiallar onun Azərbaycana ekstradisiyası məsələsinin həll edilməsi üçün prokurorluğa verilib”-mənbə deyib.

Moskvada saxlanılmış Eldar Orucov artıq sərbəst buraxılıb. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib.

O, OMON-un sabiq kəşfiyyat-diversiya qrupunun komandiriydi. 1994-cü ildə o həbs edilib və 1998-ci ildə azadlığa çıxıb.  O vaxtdan Azərbaycanı tərk edib və bir daha geri qayıtmayıb. 2006-cı ildə “Azad Azərbaycan” diaspor hərəkatını yaradıb.

Qeyd edək ki, E.Orucovun doğmaları “Azadlıq” radiosuna bildiriblər ki, həbsin əsl səbəbi 7 ay öncə onun “Müsəlman Birliyi” Hərəkatının lideri, həbsdə olan Taleh Bağırzadəni dəstəkləyən videoklip hazırlamasıdır.

Daha çox göstər
Back to top button